Xəbərlər

Azərbaycan, Türkiyə və Rusiya elmi-tədqiqat institutlarının elmi əməkdaşları arasında qarğıdalı və günəbaxan bitkiləri üzrə elmi-tədqiqatların aparılması perspektivləri müzakirə edilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Rusiya elmi-tədqiqat institutlarının elmi əməkdaşları arasında ikinci onlayn görüş keçirilib. 

Görüşdə Azərbaycan tərəfdən Əkinçilik ET İnstitutunun “Modern seleksiya və molekulyar biologiya“ laboratoriyası üzrə məsul şəxs, böyük elmi işçi Həlimə Məmmədova, Türkiyədən “Modern Bitki İslahı və Generasyon atlatma Merkezi”nin müdiri Dr.Ayşe Nuran Çil, Rusiya tərəfdən isə Nikolay İvanoviç Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatlar İnstitutunun (VİR) “Yağlı bitkilər” şöbəsinin baş elmi işçisi, e.d. Vera Alekseevna Qavrilova, “Dənli bitkilər” şöbəsinin aparıcı elmi işçisi, e.d. Eduard Boliloviç Xatefov iştirak ediblər.

Görüş zamanı KRISP KASP və İSSR-markerləri ilə hər ölkədə aparılan mövcud tədqiqatlar haqqında məlumat əldə edilib. Gələcəkdə bu tədqiqatların müştərək layihələr çərçivəsində Əkinçilik ET İnstitutunun “Modern seleksiya və molekulyar biologiya“  laboratoriyasında aparılması üzrə razılıq əldə olunub.

O cümlədən Türkiyə tərəfinin embrio kültürünün qarğıdalı və günəbaxan bitkilərində tətbiqi haqqında təlimlərin keçirilməsinin Rusiya və  Azərbaycanın elmi-tədqiqat institutlarında müştərək layihələrdə mümkünlüyü müzakirə olunub.

© 2020 Əkinçilik ETİ