Xəbərlər

Azərbaycan, Türkiyə və Macarıstan institutlarının nümayəndələri arasında biotexnologiya yönümlü elmi tədqiqatların və təlimlərin həyata keçirilməsinə dair onlayn görüş keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun,  Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin  Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan tərəfdən Əkinçilik ET İnstitutunun “Modern seleksiya və molekulyar biologiya“ laboratoriyası üzrə məsul şəxs, böyük elmi işçi Həlimə Məmmədova, Türkiyə tərəfdən Əkinçilik ET İnstitutunda biotexnologiya üzrə təlimlər keçən “Modern Bitki Islahı və Generasyon atlatma Merkezi” nin müdiri Dr. Ayşe Nuran Çil, Macarıstan tərəfdən isə Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat Stansiyasının rəhbəri, aparıcı mütəxəssis, PhD Melinda TAR istirak ediblər.

Tədbirin məqsədi üç tərəfli elmi tədqiqatların və təlimlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasından ibarət olub.

Azərbaycan, Türkiyə və Macarıstan institutları arasında biotexnologiya yönümlü marker dəstəkli seleksiyanı buğda, qarğıdalı, çəltik, günəbaxan və digər bitkilərə tətbiq etməklə müştərək üç tərəfli tədqiqatların aparılması haqqında razılıq əldə olunub.

Hazırda Marker Dəstəkli Seleksiya (Marker Assisted Selection MAS) texnikasının öyrənilməsi barədə təlimlərin Macarıstan və Türk alimləri tərəfindən Azərbaycanın gənc mütəxəssislərinə keçirilməsi nəzərdə tutulub.

 

© 2020 Əkinçilik ETİ