Xəbərlər

Dənin nəmliyinin təyini

Tədarük məntəqələrinə daxil olan dənin nəmliyi iki dəfə-hər maşından gətirilmiş nümunədə və orta nümunədə təyin edilir. Dənin nəmliyi üyüdülmüş nümunəni elektrik quruducu şkaflarda (SEŞ və SEŞ-ZM markalı) 130С  temperaturda 40 dəqiqə müddətində qurutmaqla əvvəlki çəkidən sonra alınan çəkini çıxmaqla hesablanır. Bunun üçün gün ərzində götürülmüş nümunədən (ağzı kip bağlı qabdan) 30 qram dən götürülür və laboratoriya dəyirmanında üyüdülür. Üyüdülmüş nümunə ağzı kip bağlı qaba tökülür və tıxacla bağlanır. Sonra ondan əvvəlcədən kütləsi məlum olan bükslərə paralel olaraq 5 qram nümunə tökülür. Büksün qapağı açıq halda, nümunə 40 dəqiqə ərzində 130 dərəcəyə qədər qızdırılmış şkafa qoyulur, sonra büksün ağzı örtülür və eksikatorla 18-20 dəqiqə soyudulur və kütləsi (0,01 qram dəqiqliyi ilə) təyin edilir. Əvvəlki məlum kütlədən sonrakı kütləni çıxıb (buxarlanmış su) fərq 20-ə vurulur və dənin nəmliyi tapılır. Iki təkrardan orta rəqəm çıxardılır ki, bu da orta nəmlik hesab olunur.
© 2020 Əkinçilik ETİ