Xəbərlər

İnstitutun əməkdaşı Şuşaya səfərlə bağlı təəssüratlarını kollektivlə bölüşüb

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, aqrar elmlər doktoru, “İntellekt” Elmi-Texniki İnkişafa Dəstək İctimai Birliyinin sədri Yasin Kərimov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi və onun da dəvət olunduğu Şuşa şəhərinə səfərlə bağlı öz təəssüratlarını institutun kollektivi ilə bölüşüb. 
O, bu maraqlı səfəri təşkil etdikləri üçün sözügedən agentliyə öz dərin minnətdarlığını bildirib. 
Sonra çəkdiyi şəkil və qısa video-çarxları təqdim edərək səfər haqqında ətraflı məlumat verib və təəsüratlarını bölüşüb.
Y.Kərimov həmçinin iştirakçıların suallarını cavablandırıb və müxtəlif təkliflərə münasibətini bildirib.
© 2020 Əkinçilik ETİ