Xəbərlər

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  “Aqrar  İnnovasiya və Təchizat Şirkəti” QSC-nin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirilib. Görüşdə institutun direktoru Faiq Xudayev və şirkətin rəqəmsal marketinq mütəxəssisləri Tamerlan Rüstəmli və Aynur Cəbrayılova iştirak ediblər. Görüş zamanı hər iki tərəf təmsil etdikləri qurum haqqında ətraflı məlumat verib. 
 “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin nümayəndələri diqqətə çatdırıblar ki, onlar  fermerlər üçün müxtəlif  növ toxum çeşidlərinin, gübrələrin və bitki qoruma vasitələrinin bütün ölkə üzrə pərakəndə satışını həyata keçirən bir aqrar ticarət şəbəkəsidir. Kənd təsərrüfatı sektoru üzrə Azərbaycanda geniş pərakəndə satış şəbəkəsi ilə gubre.az ən əlçatan ticarət markasıdır. Hər bir qəsəbə və kəndə ehtiyac duyulan məhsulların satışı təşkil olunur, onlayn sifariş qəbul edilir, səyyar satış və s. xidmətlət həyata keçirilir. 
Tərəflər görüş zamanı əməkdaşlığın rəsmi şəkildə gerçəkləşəcəyi istiqamətində bir araya gələcəklərini bildiriblər. 
Görüş fermer və mütəxəssislərin ehtiyac duyduqları xidmətlərin  daha əlçatanlığı çərçivəsində lazımi işləri həyata keçirməsi məqsədi daşıyıb.
© 2020 Əkinçilik ETİ