Xəbərlər

“Agritex” MMC-nin nümayəndələri ilə görüş keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kənd təsərrüfatı texnikalarının alışı və satışı ilə məşğul olan “Agritex” MMC-nin nümayəndələri ilə görüş keçirilib. 
Görüşdə institutun direktoru Faiq Xudayev, direktor müavinləri Atif Zamanov, Şikar Əhmədov, baş mühasib Orxan Abbasquliyev, baş mütəxəssis Nailə Əhmədova iştirak ediblər.
Şirkətin satış müdiri Samir Məmmədov və satış meneceri Vaqif İsmayılov kənd təsərrüfatı texnikaları haqqında ətraflı məlumat veriblər. Məlumatda bildirilib ki, “Agritex” MMC olaraq kənd təsərrüfatına dair bütün növ texnikaların satışı 40% dövlət güzəşti ilə təşkil edilib. Çin istehsalı olan YTO trakrorlarının, həmçinin dünya brendi olan markaların aqreqatlarının və məhsullarının satışı həyata keçirilir. Yüksək keyfiyyətli texnikalar nağd və səmərəli lizinq şərtləri ilə təklif olunur. 
Görüş fermerlərin inkişafına dəstək məqsədilə keçirilib.
© 2020 Əkinçilik ETİ