Xəbərlər

Yüksək reproduksiyalı toxum nədir?

Toxum - Sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, ştil, kök yumuruları və s) orqanıdır. Hansı ki, onun bioloji və təsərrüfat xassələrinin daşıyıcısıdır. Ona görə də gələcək məhsuldarlıq toxumun keyfiyyətindən asılıdır.
Orijinal toxum - İlkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə orjinatorun nəzarəti altında seçilməsi və qiymətləndilməsi nəticəsində alınmış toxumdur.
Super elit toxum - Orijinal toxumdan alınan və toxumçuluq üzrə dövlət standartlarına cavab verən verən toxumdur.
Elit toxum - Super elit toxumun çoxaldılmasından alınmış toxumdur.
Reproduksiyalı toxum - Elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxumdur. Elit toxumdan sonrakı nəsillər 1-ci, 2-ci, 3-cü reproduksiya sayılır.
Reproduksiyaların sayı artdıqca toxumun keyfiyyəti aşağı düşür və buna görə də 3-cü repoduksiyadan sonrakı nəsilləri toxum kimi istifadə etmək məsləhət deyil.
© 2020 Əkinçilik ETİ