Xəbərlər

Elmi-Tədqiqat İnstitutları ilə birgə əməkdaşlığın həyata keçirilməsi mövzusunda onlayn müzakirə keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Elmi-Tədqiqat İnstitutları ilə birgə əməkdaşlığın həyata keçirilməsi mövzusunda onlayn müzakirə təşkil olunub. 
Müzakirədə bu sahədə fəaliyyət göstərən rəhbər şəxslər, sahə üzrə mütəxəssislər, elmi-tədqiqat institutlarının nümayəndələri, Əkinçilik ET İnstitutunun əməkdaşlarından Atif Zamanov, Laçın Novruzov, Sevindik Dünyamalıyev və Etibar İbrahimov iştirak ediblər. 
Tədbirin keçirilməsində məqsəd ölkə ərazisində aşkarlanmış zərərli orqanizmlərin təsdiq edilməsi, bitki sağlamlığı sahəsində elmi-tədqiqat işlərinin koordinasiyası və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələlərinin müzakirə edilməsi olub.
© 2020 Əkinçilik ETİ