Xəbərlər

Sort haqqında anlayış

Sort haqqında anlayış
Bioloji xüsusiyyətləri, morfoloji əlamətləri məhsuldarlığı və keyfiyyəti sabit olan, artırmaq məqsədilə seçilmiş, oxşar fərdlər qrupu mədəni bitkilərdə sortr adlanır.
Müvafiq coğrafi arealda uzun müddət ərzində təbii və süni seçmənin nəticəsində alınmış bir qrup mədəni bitkilərə yerli sort deyilir.
Elmi-tədqiqat institutlarında elmi seleksiya üsullarının əsasında alınan sortlar seleksiya sortları adlanır. 
Alınma üsullarına görə sortlar: 
Populyasiyalarda fərdi və təbii seçmə nəticəsində alınan sortlar- Bütün yerli sortlar, populyasiya sortlarıdır. 
Xətlərdən alınmış sortlar- Öz-özünə tozlanan bitkilərdən fərdi seçmə nəticəsində alınan sortlar.
Hibridləşmə nəticəsində alınmış sortlar – Hibrid kombinasiyası içərisində  müsbət əlamətlərə malik fərdlərin davamlı olaraq seçilməsi ilə alınan sortlar.
Mutant sortlar -Müxtəlif mutagenlərin tətbiqi  yolu ilə alınan sortlar.
Klon sortlar – Fərqlənən vegetativ hissələrin müxtəlif orqanları ilə çoxalan bitkilərdə fərdi seçmə yolu ilə alınan  sortlar
© 2020 Əkinçilik ETİ