Xəbərlər

“Ərzaq təhlükəsizliyi və ekoloji davamlılığın uyğunluğu” mövzusunda onlayn görüş (webinar) keçirilib

ICBA-nın (İnternational Center for Biosaline Agriculture) təşkilatçılığı ilə “Ərzaq təhlükəsizliyi və ekoloji davamlılığın uyğunluğu” mövzusunda onlayn görüş (webinar) keçirilib. Tədbiri giriş sözü ilə ICBA-nın baş direktoru vəzifəsini icra edən Dr. Tərifə Alzaabi açıb. Sonra ICBA-nın kənd təsərrüfatı bitkilərinin müxtəlifliyi və genetikası proqramının rəhbəri Dr. R.K.Sinqh, təbii resursların dayanıqlı idarə olunması proqramının rəhbəri Dr. Xəlil Ammar və Korporativ inkişaf və xidmət üzrə böyük menecer Dr. Çarbel Tarraf təqdimatla çıxış ediblər. Təqdimatlar iqlim dəyişkənliyinə adaptasiya, su resurslarından səmərəli istifadə, qlobal iqlim dəyişkənliyi fonunda quraqlığa, istiliyə, duzluluğa və digər stres amillərə davamlı bitki sortlarının yaradılması, torpaq deqradasiyası və s. məsələlərə həsr olunub. Suallar təqdimatçılar tərəfindən ətraflı cavablandırılıb. Sonda ICBA-nın baş elmi işçisi Dr. Auqusto Beserra Lopes-Lavalle tədbirə dair yekun sözlə çıxış edib. 
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov iştirak edib.
© 2020 Əkinçilik ETİ