Xəbərlər

Toxumun düzgün saxlanılması

Anbar və xırmanlar əvvəlcədən köhnə məhsulun qalıqları və zibillərindən təmizlənərək profilaktik olaraq sulu aerozol, yaxud qaz dezinfeksiya vasitələri ilə işlənir. Bununla yanaşı anbar və xırmanlara daxil olan avtomobillərin yük yeri və təkərləri, ağac inventarlar və başqaları 15%-li natrium sodası, yaxud qaynar su ilə yuyulur. 
Anbar və xırmanlara yığılmış müxtəlif sort və reproduksiyalar bir birindən tam ayrı saxlanmalıdır ki, sort qarışığı olmasın. Toxumlar təmizlənərək  kondisiyaya çatdırlıdıqan sonra kisələrə yığılaraq ağzı tikilir və etiketlənir. Hər bir etiketin üzərində sortun adı, reproduksiyası, istehsal tarixi, istehsal müəsisəsinin  və sertifikat verən orqanın , işlədilmiş funqisidin adı qeyd olunur.
Kisələr yerdən 15 sm hündürlükdə taxta dayaqlar (paddonlar) üzərində (10-12 ədəd) yığılaraq anbarın divarlarından ən azı 70 sm məsafədə yerləşdirilir.
Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanılmalıdır.
1) Toxumun temperaturu
2) Toxumun nəmliyi
3) Havalandırma
İsti vaxtlarda hər 3 gündən bir, qışda isə həftədə bir dəfə toxumun temperaturu  yoxlanılmalıdır və temperatur optimal temperaturdan (23 dərəcə) yüksək olduqda toxumun cücərmə qabiliyyəti aşağı düşür. Yüksək nəmli dənlərdə öz-özünə “qızışma” sürətlə gedir və onlar mikroorqanizm və anbar zərərvericilərilə asan zədələnirlər.
Böhranlı (kritik) nəmlik buğda, arpa, çovdar üçün 12%; dənli paxlalılar üçün 15.0-16.5%; qarğıdalı üçün 13.5-14.5%-dir.
Havalandırma  pis olduqda anbar şəraitində  toxumun cücərmə qabiliyyəti və cücərmə enerjisi azalır.  Belə toxumlar sahələrə əkildikdə məhsuldarlıq aşağı düşür. Ona görə də yuxarıda qeyd olunan amilləri daimi nəzarətdə saxlamaq lazımdır.
© 2020 Əkinçilik ETİ