Xəbərlər

“Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının koordinasiyalı fəaliyyətinin təşkili” mövzusunda onlayn iclas keçirilib

“Kənd Təsərrüfatı Nazirliyi,  Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının koordinasiyalı fəaliyyətinin təşkili” mövzusunda onlayn iclas keçirilib. İclasda Qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirinin azaldılması istiqamətində birgə elmi- tədqiqat işlərinin təşkili; taxıl və texniki bitkilərin bioloji xüsusiyyətləri, əkin sahələri nəzərə alınmaqla su ehtiyatlarından səmərəli istifadənin təşkili; qeyd edilən bitkilər üzrə suvarma suyuna olan tələbatın müəyyənləşdirilməsi, suvarma norma və müddətlərinə dair təqvim planlarının hazırlanması və s. məsələlər müzakirə olunub.
Tədbirdə Nazirin müşaviri Şöhrət Vəkilov, “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, müdir müavini Fərman Kərimov, “Torpaqdan istifadəyə nəzarət” şöbəsinin müdiri Firidun Tağıyev, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunun direktoru Elçin Xəlilov, “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin sektor müdiri Xəyalə Dadaşova iştirak ediblər.
© 2020 Əkinçilik ETİ