Xəbərlər

“Ümumdünya Paxlalılar Günü”nə həsr edilmiş beynəlxalq elmi seminar keçirilib

TAGEM - Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi və Kanadanın Kənd Təsərrüfatı və Agro-Məhsullar (AAFC) təşkilatının onlayn formatda birgə təşkil etdikləri “Ümumdünya Paxlalılar Günü”nə həsr edilmiş beynəlxalq elmi seminar keçirilib.

Seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dosent Sevinc Məmmədova “Azərbaycanda paxlalı bitkilərin istehsalı: problemlər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. O, təqdimat əsasında iqlim dəyişikliyinin  kənd təsərrüfatı istehsal sahələrinə təsiri, bu təsirlərin yumşaldılması, ölkəmizdə alternativ zülal mənbəyi olan paxlalı bitkilərin istehsal göstəriciləri və gündəlik rasionumuzda istifadəsi, tarixi ənənələr, tədqiqat prioritetləri,  Quraq Ərazilərdə K/T Tədqiqatları Beynəlxalq Mərkəzi-ICARDA pitomnikləri və beynəlxalq əməkdaşlığın quraqlıq və yüksək istilik stresslərinə dayanıqlı, yeni sortların  yaradılmasında əhəmiyyəti və ş. məsələlərdən bəhs edib.

© 2020 Əkinçilik ETİ