Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən fermerlər üçün regionlarda ödənişsiz təlimlər keçiriləcək

Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən regionları əhatə etməklə “Payızlıq əkinlərində dənli taxıl bitkilərinin  becərilməsi” mövzusunda Şəki, Tərtər, Qobustan, Ağstafa, Kürdəmir və Cəlilabad rayonlarında fermerlər üçün  ödənişsiz təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim mövzuları 3 istiqamətdə müəyyənləşdirilib: 1) becərmə, 2) bitki mühafizəsi, 3) gübrələmə və meliorativ tədbirlər.

Fermerlər iştirak etmələri üçün [email protected] ünvanına və 055-607-83-14 (Whatsapp) nömrəsinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər. Təlimlər fermerlər qeydiyyatdan keçdikdən sonra müraciətlərinə uyğun olaraq keçiriləcək.

© 2020 Əkinçilik ETİ