Xəbərlər

“Azərbaycanda bərk buğda bitkisinin əkin sahələrinin genişləndirilməsi” mövzusunda onlayn tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda bərk buğda bitkisinin əkin sahələrinin genişləndirilməsi” mövzusunda onlayn tədbir keçirilib. Tədbir Azərbaycanda bərk buğda istehsalının genişləndirilməsi və bərk buğda məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və idxaldan asılılığının aradan qaldırılması məsələlərinə həsr olunub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, institutun istehsalat üzrə direktor müavini Atif Zamanov, “Bitki seleksiyası” şöbəsinin müdiri Abdin Abdullayev, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva, Qobustan BTS-in direktoru Atabəy Cahangirov, Cəlilabad BTS-in direktoru Şahlar Əsədullayev, Tərtər BTS-in direktoru Leyla Həşimova,“Fructus” şirkətinin direktoru Bəxşi Rasim, “Azərsun Holdinq”in nümayəndəsi Hüseynov Səxavət, “Çinar MMC”-nin nümayəndəsi Şahin Şirinov, “Germi FTB”-dən Lətif Ağayev, “Alılı FT”- dan Malik Feyziyev, “Aqrovit” şirkətinin nümayəndəsi Rüstəm Əlizadə, “Aqro MMC”- dən Oktay Kürt, Lənkəran Regional Təlim Mərkəzindən Rüfət Əsgərov, mütəxəssis Şükür Babayev, fermerlər Elmar Musayev və  Ədalət Ömərov iştirak ediblər.
© 2020 Əkinçilik ETİ