Xəbərlər

“Qarğıdalının becərilmə texnologiyası” mövzusunda onlayn təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsi təlim və inkişaf sektorunun təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası”şöbəsinin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Sevindik Dünyamalıyev tərəfindən hədəf qrupu bitkiçilik sektoru olmaqla “Qarğıdalının becərilmə texnologiyası” mövzusunda onlayn təlim keçirilib. 
Təlimdə Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin  artım dinamikası, qarğıdalı əkinlərində səpin qabağı tədbirlər, qarğıdalı bitkisinin səpin müddəti, norması və üsulu, qarğıdalı bitkisinin böyümə və inkişafına,  məhsuldarlığına  və istehsal olunan dənin keyfiyyət göstəricilərinə mənfi təsir edən amillər, kənd təsərrüfatı bitkilərinin gübrələnməsi və s. məsələlərdən bəhs olunub.
Təlim Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Fizuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (25 DAİM-də) keçirilib.  
Tədbirdə müvafiq rayon BMM-nin mütəxəssisləri və fermerlər iştirak ediblər. 
Təlimə həmçinin mövzuda qeyd edilmiş sahə üzrə ixtisaslaşmamış regionlar da qoşulma imkanı əldə ediblər.
© 2020 Əkinçilik ETİ