Xəbərlər

Salyan, Biləsuvar, Cəlilabad, Saatlı, Sabirabad, İmişli rayonlarında sahələrin monitorinqi həyata keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və monitorinq qrupu Salyan, Biləsuvar, Cəlilabad, Saatlı, Sabirabad, İmişli rayonlarında yerli DAİM nümayənədələrinin və təsərrüfatçıların iştirakı ilə sahələrə baxış keçiriblər. Ekoloji problemlərlə əlaqədar Respublikamızın dəmyə və suvarılan bölgələrində su çatışmazlığından dəyən ziyanın qiymətləndirilməsi, tövsiyyələrin verilməsi, quraqlığın təsirindən dəymiş ziyanın limitləşdirilməsi məqsədilə yerində sahələrə baxış keçirilib və hazırki vəziyyət (çıxış, gübrələmə, alaqlanma dərəcəsi və mübarizə, suvarma və s.) qiymətləndirilib. 

© 2020 Əkinçilik ETİ