Xəbərlər

8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib

Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Nizami Hümmətov 8 Mart Beynəlxalq qadınlar gününün tarixi, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolu haqqında məlumat verib. O, institutda çalışan əməkdaşların əksəriyyətinin qadınlar olduğunu bildirib, onları 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edib və müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb.

N.Hümmətov və institutun həmkarlar təşkilatının sədri Sevil Əliyeva bir qrup qadın əməkdaşları Əkinçilik ET İnstitutunun elmi və ictimai həyatındakı aktiv fəaliyyətinə görə Fəxri fərmanla təltif ediblər. İnstitutun digər əməkdaşları təbriklərə qoşularaq qadınlara xoş arzularını bildiriblər. Tədbirdə bayram münasibətilə şeirlər də səsləndirilib. Cıxış edən qadınlar və bütün kollektiv bayram tədbirinin təşkilinə görə institutun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

© 2020 Əkinçilik ETİ