Xəbərlər

“Azərbaycanın eroziyatəhlükəli aqrolandşaflarında torpaqqoruyucu becərmə sistemlərinin təkmilləşdirilməsi”nə dair monoqrafiya nəşr olunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, aqrar elmlər üzrə elmlər doktoru Yasin Kərimovun “Azərbaycanın eroziyatəhlükəli aqrolandşaflarında torpaqqoruyucu becərmə sistemlərinin təkmilləşdirilməsi” (Совершенствование систем почвозащитной обработки почвы в эрозионноопасных агроландшафтах Азербайджана) adlı monoqrafiyası rus dilində nəşr olunub.
Monoqrafiyanın əhəmiyyəti onunla müəyyən olunur ki, ilk dəfə Azərbaycan şəraiti üçün dağlıq və dağətəyi aqrolandşaftların məhsuldarlığının yüksək səviyyəsini təmin edən, torpaq eroziyasının qarşısını alan və torpaq resurslarının səmərəli istifadəsinə imkan verən növbəli əkinlərdə resursqənaətedici torpaq becərmə sistemlərinin və gübrələrin kompleks istifadə olunması əsasında dəmyə dağ əkinçiliyinin məhsuldarlığının artırılmasının aqroekoloji əsaslandırılması verilib.  
Bu monoqrafiya geniş dairəli alim və mütəxəssislər – aqronomlar, torpaqşünaslar, ekoloqlar, eləcə də kənd təsərrüfatı sahəsində çalışan fermerlər, praktiki iş adamları, habelə aqrar sahədə təhsil alan bakalavr və magistirlər üçün nəzərdə tutulub.
© 2020 Əkinçilik ETİ