Xəbərlər

"Buğda bitkisinin quraqlığa davamlılığının fizioloji əsasları"na həsr edilmiş monoqrafiya nəşr olunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Tofiq Allahverdiyev və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın həmmüəllifliyi ilə “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları” adlı monoqrafiya nəşr olunub. 
Monoqrafiya quraqlıq stresinin yerli və introduksiya olunmuş bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin morfoloji, fizioloji, aqronomik göstəricilərinə təsirinin tədqiqinə, quraqlıq stresi şəraitində yüksək məhsuldarlıq və quraqlığa davamlılıqla əlaqəli fizioloji və aqronomik əlamətlərin fizioloji əsaslarının müəyyən olunmasına həsr edilib.
Monoqrafiya bitki fiziologiyası, biokimyası və seleksiyası sahəsində çalışan tədqiqatçılar üçün faydalıdır və eyni zamanda ali təhsil müəssisələrinin müvafiq kafedralarında tədris vəsaiti kimi istifadə edilə bilər.
© 2020 Əkinçilik ETİ