Xəbərlər

Doktorant və dissertantların xüsusi ixtisaslar üzrə imtahanları keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda doktorant və dissertantların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İmtahan Komissiyasında xüsusi ixtisaslar üzrə (3103.07 - Bitkiçilik, 3103.04 - Seleksiya və toxumçuluq) minimum imtahan və kənd təsərrüfatı elminin əsasları fənnindən fərq imtahanları keçirilib.
İnstitutun doktorantları Hüseyn Feyzullayev, Taybəs Nəsirova və dissertantı Xalid Hətəmov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun doktorantları Zəminə Sərhədova, Bəhruz Rəşidov və Minbər Babayev imtahanlardan müvəffəqiyyətlə keçiblər.
© 2020 Əkinçilik ETİ