Xəbərlər

Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirildi

16.10.2017 tarixində Ali Diplomatiya Akademiyasında Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ”Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” mövzusunda video görüntü nümayiş etdirildi. Sonra FAO- nun Xoşməramlı səfiri Leyla Əliyeva, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak cıxış etdilər.

FAO- nun baş direktoru Jose Qratsiano da Silvanın 2017-ci il Ümumdünya Ərzaq Günü ilə əlaqədar video müraciəti və “Azərbaycanda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması” layihəsi  tədbir iştirakçılarının diqqətinə catdırıldı.

Tədbirin məqsədinə uyğun olaraq panel müzakirədə ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı baxımından miqrasiyanın yaratdığı çağırışlar və imkanlar, habelə miqrasiyanın xüsusilə kənd təsərrüfatı istehsalına təsiri, miqrasiyanın və pul köçümələrinin məcmu iqtisadi artım, işsizlik və  məvaciblər daxil olmaqla, miqrantların mənşə ölkələrində və onları qəbul edən dövlətlərdə kənd yerlərində əmək bazarlarına və təsərrüfat gəlirlərinə təsiri haqqında bəhs edildi.

Sonra“Miqrasiyanın İqtisadi və Siyasi Tərəfləri: Kənd Təsərrüfatına və Ərzaqa təsirləri” mövzusunda panel müzakirələr aparıldı.

Tədbirdə KTN-nin tabeliyində olan Elmi-Tədqiqat İnstitutularının fəaliyyətini əks etdirən elmi nəşrlər və mandatına daxil olan bitkilərə aid kitablar, tövsiyələr və s. nümayiş etdirildi. Tədbirdə Əkinçilik ET İnstitutunun əməkdaşları da iştirak etdilər.Tədbir işini müvəffəqiyyətlə başa vurdu.

© 2020 Əkinçilik ETİ