Xəbərlər

Əkinçilik ET İnstitutunda görülmüş işlərə dair hesabat yığıncağı keçirildi

24.10.2017 tarixində Strateji Yol Xəritəsi çərçivəsində 2017-çi ilin 9 ayı ərzində ayrı-ayrı strateji hədəflər üzrə Əkinçilik ET İnstitutu tərəfindən görülmüş işlərə dair hesabat yığıncağı keçirildi. Hesabat yığınçagında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, KTN “Elm və təhsil” şöbəsinin müdiri Namiq Məmmədov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru Rəsul Balayev iştirak edirdilər. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai son 9 ay ərzində ayrı-ayrı strateji hədəflər üzrə ətraflı cıxış edərək Əkinçilik ET İnstitutunun tədqiqat prioritetləri, qarşıda duran vəzifələri, seleksiya, genetika, fiziologiya, biokimya, fitopatologiya, becərilmə texnologiyası, otlaqların idarə edilməsi, yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi sahələrində əldə olunan nailiyyətlər, yerli və beynəlxalq elmi əməkdaşlıq, Dövlət reyestrində olan və patentlə mühafizə edilən dənli, dənli-paxlalı və yem bitki sortları və toxumçuluq fəaliyyəti haqqında ətraflı məlumat verdi. Həmcinin bildirdi ki, son bir il ərzində yumşaq buğdanın “Ləyaqətli 80”, “Pərvin”, arpanın “Sadiq” və yoncanın “Yaz çiçəyi” sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov Əkinçilik ET İnstitutunun böyük ənənəsi, tarıxı və potensialı olduğunu vurğuladı. O bildirdi ki, malik olduğunuz potensial madnata daxil olan bitkilərin sayını artırmağa, işlərin əhatə dairəsini daha da genişləndirməyə imkan verir və s. Aqrar sahənin inkişafı qeyri neft sektorunun əsas seqmenti olduğu ücün bu sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirilir və biz cənab prezidentin qayğısını hər zaman hiss edir və görürük. Daha sonra S. Talıbov Strateji Yol Xəritəsi çərçivəsində ayrı-ayrı strateji hədəflər üzrə Əkinçilik ET İnstitutu tərəfindən görülmüş işlərə aydınlıq gətirərək qarşıda duran vəzifələrdən, problemlərdən, catışmazlıqlardan bəhs etdi və öz tövsiyələrini verdi. Sonda institutun kollektivinə işlərində müvəffəqiyyətlər arzuladı.

 

 

© 2020 Əkinçilik ETİ