Sortlar

MÜBARİZ

Yumşaq buğda sortu

Sort müəllifləri: Hacıyeva S.K., Cahangirov A.A., Xudayev F.A., Abdullayev A.M., Rüstəmov X.N., Həsənova Q.M., Kərimova Ş.R.

Qısa ümumi xarakteristikası : Orta boylu (82,0 102,0 sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yatmaya davamlıdır. Bioloji cəhətdən yerli yumşaq buğda sortlarına oxşayır, kollanması orta (3,0-3,6), yarımyereyatandır. Orta yetişəndir. Sonuncu sünbülaltı buğumarasının içərisi boşdur. Cücərtiləri yaşıl rəngda olub erythrospermum növmüxtəlifliyinə aiddir Sünbülü qılçıqlı, iyvari, orta uzunluqda (9.6-10,0 sm) və sixlıqdadır.  Sünbülcük pulcuqları uzunsov-oval formada, ağ rənglidir. Damarlanması orta ifadə olunmuşdur, tilin görünüşü güclüdür. Qılçıqları 6-7 sm, kələ-kötür, ağ rənglidir. Döyülməsi asandır. Dəni orta iri oval, qırmızı rəngli, şüşəvariliyi 74.0-90,0 %-dir. Dəndə zülalın miqdarı 13,4-14,0%, kleykovinin miqdarı 30,8-33,0% olur. 1000 dənın kütləsi 36,7-40,2 qramdır.

Potensial məhsuldarlığı dəmyədə 41,4-54,4 s/ha. Məhsuldar kollanması 2,9-3,0 eded, hektara 4,0-4,5 milyon toxum səpildikdə yüksək məhsul verir. Qışa, quraqlığa, bərk və toz sürməyə, pas xəstəliklərinə davamlıdır.

Respublikanın nəmliklə müxtəlif dərcədə təmin olunmuş dəmyə bölgələrində qara herik və bitkili herik ən yaxşı sələfdir. Suvarma şəraitində hektara 4,0-4,5 milyon, dəmyə şəraitində 3,5-4,0 milyon cücərən toxum səpilməsi tövsiyə olunur. Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hektara təsiredici maddə hesabı ilə 60-80 kq fosfor, 50-60 kq kalium ve 70-90 kq azot gübrələrinın verilməsi tövsiyə olunur.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Respublikanın nəmliklə stabil təmin olunmuş dağətəyi bölgələrində becərilməsi məsləhət görülür.

 

© 2020 Əkinçilik ETİ