SUQOVUŞAN
Yumşaq buğda sortu
Sort müəllifləri: Abdullayev A.M.,Xudayev F.A.,Rüstəmov X.N., İbrahimov E.R., Hacıyeva S.K., Həsənova Q.M.
Qısa ümumi xarakteristikası: Suqovuşan sortu eritrospermum növmüxtəlifliyinə aid olub, sünbülü silindrik formada, ağ rəngdə, dəni qırmızıdır. Kollanma fazasında kolun forması yarımsərilmiş, yarpaqları tüksüz, zəif mum təbəqəsi ilə örtülmüşdür. Sünbülləmə vaxtı sünbülcük pulcuqları tüksüz, göy rəngdə olub yarpaqları böyüklüyünə görə aralıq təşkil edir. Sümbülcüklər sünbül oxunda orta sıxlıqda yerləşmişdir. Sümbülcük pulcüğu yumurtavari formada olub, kili zəif inkişaf etmiş, sinirlənməsi zəif, pulcuğun dişciyi dimdikvari, çiyni çapılmış formadadır.
Sünbülü uzun (9,7-10,2sm), orta sıxlıqla (18,4-21,4 əd.sünbülcük) səciyələnir. Bir sünbüldə dənlərin sayı 55,4-62,0 ədəd olmaqla üç illik orta göstəricisi 58,0 ədəd təşkil edir. 1000 dənin kütləsi 41,0-45,2 qram arasında dəyişilır. Dəndə zülalın miqdarı 11,9-13,2%, kleykovinanın miqdarı 34,0-%-ə qədər yüksələ bilir.
Dənin şüşəvariliyi yüksəkdir (91,0-100,0%).
Sort orta qısa boyludur (81,2-90,0sm) üçillik orta (87,0 sm) və yüksək kollanma əmsalına 3,9-4,2 əd.malikdir. Yüksək aqrofonda yatmaya davamlıdır, orta yetişkəndir (orta 210,0 gün).
Suqovuşan sortunun məhsuldarlığı üç illik müsabiqəli sortsınağının nəticələrinə görə orta 62,8 s/ha (62,5-63,5 s/ha) olmuşdur ki, bu da standart Qırmızıgül 1 sortunun eyni göstəricisindən(58,0 s/ha) 4,8 s/ha çoxdur. Potensial məhsuldarlığı 63,5 s/ha olmuşdur. Sort tədqiqat illərində sarı və qonur pasa qarşı davamlılıq göstərmişdir.
Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Suvarılan düzən və dağətəyi dəmyə bölgələrdə becərilməsi təklif olunur.